Bu ölkədə rus dilində təhsil alanların sayı 100 mindən 345-ə enib

Bu ölkədə rus dilində təhsil alanların sayı 100 mindən 345-ə enib
03 May 2025 13:20

Ukraynada rus dilini öyrənməyə davam edən və ya bu dildə təhsil alan məktəblilərin sayı minimum həddə çatıb. Ukraynanın “Obozrevatel” nəşrinin yaydığı məlumata görə, bu barədə ölkədə dövlət dilinin mühafizəsi üzrə səlahiyyətli nümayəndə Taras Kremin bildirib.


"Ukrayna məktəblərində rus dilində təhsil alan və ya onu xarici dil kimi öyrənən şagirdlərin sayı xeyli azalıb. Belə ki, 2021-2022-ci tədris ilində 100 minə yaxın belə məktəbli var idisə, hazırda 345-ə qədər rusca təhsil alan uşaq var", - o qeyd edib.


Kremin əlavə edib ki, gələn tədris ilindən vəziyyət dəyişəcək. Onun sözlərinə görə, bu müddət ərzində Ukrayna məktəblərində rus dilindən istifadə və öyrənilməsi dayandırılacaq.

Tural


Sizin reklam burada
Sizin reklam burada