Mali silahlı qüvvələri ölkə daxilində hökumət mövqelərinə hücumlarda iştirak edən ən azı 80 yaraqlını öldürüb.
News365.az xəbər verir ki, bu barədə Mali ordusunun sözçüsü Süleyman Dembele məlumat yayıb.
Dövlət televiziyasında isə ölən yaraqlıların, onların silahlarının və nəqliyyat vasitələrinin görüntüləri nümayiş etdirilib.
Mali Silahlı Qüvvələrinin Baş Qərargahı bütün yaraqlı hücumlarının dəf edildiyini və hakimiyyətin ölkə daxilində vəziyyətə tam nəzarət etdiyini bildirib.