Bu ölkə 550 ton diri alliqatoru satışa çıxarıb

Bu ölkə 550 ton diri alliqatoru satışa çıxarıb
09 Apr 2025 09:08

Çində alliqator yetişdirilməsi ilə məşğul olan, dövlətə böyük məbləğdə borcu olduğu üçün öhdəliklərini icra edə bilməyən bir şirkət defolt elan edib. Məhkəmənin qərarı ilə şirkətə məxsus 550 ton diri alliqator Alibaba platformasında auksiona çıxarılıb. Cəmi 100 ton alliqatorun ümumi satış dəyəri 550 min ABŞ dolları olaraq müəyyən edilib.

Əgər alliqator almaqda maraqlısınızsa, 9 may 2025-ci il tarixinədək davam edəcək auksiona qoşularaq bu fürsətdən yararlana bilərsiniz.

News365.az


Sizin reklam burada
Sizin reklam burada