Bu nəqliyyat vasitələri ƏDV, aksiz və gömrük rüsumundan AZAD EDİLİR

Bu nəqliyyat vasitələri ƏDV, aksiz və gömrük rüsumundan AZAD EDİLİR
15:53

Raritet (nadir) avtonəqliyyat vasitələrinin idxalı ƏDV-dən, aksiz və gömrük rüsumundan azad ediləcək.

News365.az xəbər verir ki, bu məsələ parlamentin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsi və “Gömrük tarifi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində əks olunub.
 

Dəyişikliyə əsasən, raritet avtonəqliyyat vasitələrinin idxalının ƏDV-dən, aksizdən, gömrük rüsumundan azad edilməsi idxalın müvafiq dövlət orqanının təsdiqedici sənədi əsasında həyata keçirilməsi və idxal olunan raritet avtonəqliyyat vasitələrinin sayının şəxs tərəfindən təqvim ili ərzində 1 ədəddən (ölkə üzrə ümumilikdə 10 ədəddən) çox olmaması şərtləri çərçivəsində tənzimlənəcək.


Raritet avtonəqliyyat vasitələrinin idxalının ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilməsi onların idxalçılarının xərclərinin azalmasına imkan yaradacaq.

Qeyd edək ki, hazırda qüvvədə olan qaydalara əsasən mühərriki, banı və şassisi orijinal vəziyyətdə olan və ya orijinal vəziyyətə gətirilmiş və zavod buraxılış tarixindən 40 (qırx) ildən çox keçmiş avtonəqliyyat vasitələri raritet (nadir) avtonəqliyyat vasitələri hesab edilir.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.


Sizin reklam burada
Sizin reklam burada