Bu məhsulun qiyməti 6 manat bahalaşdı - SƏBƏB

Bu məhsulun qiyməti 6 manat bahalaşdı - SƏBƏB
26 Noy 2024 12:04

Oğuz rayonunda şabalıdın məhsuldarlığının aşağı düşməsi qiymətlərin artmasına səbəb olub. 

News365.az xəbər verir ki, hazırda bazarda şabalıdın 1 kiloqramının qiymətində 5-6 manat artım müşahidə olunur. 

 Satıcılar ötən illə müqayisədə 10 dəfə daha az məhsul satdıqlarını bildirir. 

Məhsuldarlığın ildən-ilə aşağı düşməsi sakinləri də narahat edir. Belə ki, hər il qurumaqda davam edən bəzi şabalıd ağaclarından heç 1 kq da şabalıd yığmaq mümkün olmayıb. Bu da Oğuz bazarına kəndlərdən gündəlik gətirilən şabalıdın azalmasına gətirib çıxarıb. 

Qeyd edək ki, hazırda Oğuz bazarında 1 kq şabalıdın qiyməti növündən asılı olaraq 6-15 manat arasında dəyişir.


Sizin reklam burada
Sizin reklam burada