Bu kəndin bütün sakinləri evlərini tərk etdi - VİDEO

Bu kəndin bütün sakinləri evlərini tərk etdi - VİDEO
19 Fev 2025 09:20

İsmayıllının Pirəbülqasım kəndində rəsmi qeydiyyatda olan 157 sakinin demək olar ki, hamısı buranı tərk edib.

  News365.az xəbər verir ki, Baku TV-nin kənddə apardığı çəkiliş zamanı evlərin qapılarına qıfıl vurulduğu məlum olub. 

Sakinlərin kənddən getməsinin səbəbinin şəraitsizlikdən qaynaqlandığı deyilir: yollar təmirsiz, işıq dirəkləri bərbad vəziyyətdədir, qaz xətti isə yoxdur. 

Bacasından tüstü çıxan evlərdən birinin sakini isə kənddəkilərin çoxunun Bakıya getdiyini bildirib. 

"İndi kənddə heç kim yoxdur. Yayda gələcəklər", - deyə o söyləyib. 

Daha ətraflı videomaterialda: 



Sizin reklam burada
Sizin reklam burada