Nigar Əkbərovaya yüksək vəzifə verildi

Nigar Əkbərovaya yüksək vəzifə verildi
13:04

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Əmək Müfəttişliyi Xidmətinin Əməyin Mühafizəsi Mərkəzinə yeni departament direktoru təyin edilib.

News365.az xəbər verir ki, Nigar Əkbərovaya mərkəzin İnsan resurslarının idarə edilməsi və proseslərin təkmilləşdirilməsi departamentinin direktoru vəzifəsi həvalə olunub.

Nigar Əkbərovaya yüksək vəzifə verildi

N.Əkbərova bu vəzifəsinə qədər, 2025-ci ildən Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST) törəmə cəmiyyəti olan "DOST İş Mərkəzi" MMC-də Monitorinq və Hüquq şöbəsinin müdiri vəzifəsini icra edib. Bundan başqa o, 2024-cü ildən 2025-ci ilə qədər İcbari Sığorta Bürosunda çalışıb.


Sizin reklam burada
Sizin reklam burada