Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq bildirib ki, onun ölkəsi İranı qanuni maraqlarını və hüquqlarını qorumaqda dəstəkləyir.
News365.az xarici KİV-ə istinadən xəbər verir ki, Mao Ninq bu açıqlamanı Pekində keçirilən mətbuat konfransında səsləndirib.
Yaxın Şərqdəki vəziyyətə toxunan Ninq bildirib ki, ölkəsi problemlərin diplomatik yolla həll edilməli olduğuna inanır və güc və ya təhdid tətbiqinə qarşıdır.
Ninq əlavə edib: "Ümid edirik ki, bütün tərəflər sülhə dəyər verəcək, təmkin nümayiş etdirəcək və fikir ayrılıqlarını dialoq yolu ilə həll edəcək".
Xatırladaq ki, İran ətrafında vəziyyət getdikcə gərginləşir. ABŞ-ın İrana hava zərbələri endirməsi Vaşinqton Administrasiyasında müzakirə olunmaqdadır.