“Sökülən evlərin əvəzinə pul yox, ev verilsin”

“Sökülən evlərin əvəzinə pul yox, ev verilsin”
13:07

“Son dövrlər sökülən evlərə verilən kompensasiya məsələsi müzakirələrə səbəb olur. Xüsusəndə şəhərin mərkəzi hissələrində sahəsi kiçik olan evlərə görə verilən məbləğlə paytaxda ev almaq çətin olur. Bu da haqlı narazılıqlar yaradır". 

Bunu News365.az-a açıqlamasında Milli Məclisin depuatı Vüqar Bayramov deyib. Millət Vəkili bildirib ki, son zamanlar bu mövzu ilə bağlı şikayət edənlərin sayı artıb:

“Bu məsələ ilə bağlı bizə də müraciət edənlər çox olur. Əsasən də paytaxın mərkəzi hissələrin həyət evi olanlar ödənilən kompensasiya məbləğindən narazıdır. Çünki onların evlərinin sahəsi kiçikdir. Verilən kompensasiya da yüksək olmur. Belə olanda vətəndaşlar nəyinki, əvvələr yaşadıqları yerlərin yaxınlığında hətta paytaxtın digər hissələərində də ev almağa çətinlik çəkir. Buna görə də biz hökümətə təklif edirik ki, sahəsi kiçik olan evlərə kompensasiya deyil, yaxın ərazilərdə ev təklif edilsin. Beləliklə bu məsələ ilə bağlı yaranmış narazılıqların əksəriyyətini həll etmək olar”.


Sizin reklam burada
Sizin reklam burada