Deputat: Gənclər imtahandan keçsə də işlə təmin edilmirlər

Deputat: Gənclər imtahandan keçsə də işlə təmin edilmirlər
13:25

"Dövlət qulluğuna qəbulda problem yaşanır. Gənclərimiz imtahandan keçərək sertifikatlar əldə edirlər, ehtiyat kadr siyahısına daxil olurlar, amma işlə təmin edilmirlər. Müsahibə mərhələsində onların hüquqları pozulur. Bu mexanizmi təkmilləşdirmək üçün hansısa təkliflər verilib?"

News365.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsi”nin müzakirəsi zamanı deputat Naqif Həmzəyev deyib.

O bildirib ki, universitet tələbələri imtahan zamanı ballarının məqsədyönlü şəkildə azaldılmasını və əlaçı təqaüdü almaqda çətinlik çəkdiklərini söyləyirlər: "Bu faktı yoxlamaq tərəfimdən mümkün olmadı. Tələbələrin hüquqlarının qorunması üçün nələrsə edilsin. Mümkün bu məsələ diqqətdə saxlanılsın".

N.Həmzəyev qeyd edib ki, dezinformasiya, böhtan xarakterli məlumatların yayılması günü-gündən artır: "Təəssüflər olsun ki, vətəndaşlar dezinformasiyaların qarşısını ala bilmirlər. Bununla bağlı hər hansı mexanizm yoxdur. Hətta müraciət etdikdə aidiyyəti qurumlar çox vaxt ciddiyə almırlar".


Sizin reklam burada
Sizin reklam burada