Azərbaycanda 2026-cı ilin yanvar ayı ərzində avtonəqliyyat vasitələrinin könüllü sığortası (KASKO) üzrə yığımlar və ödənişlərin həcmi açıqlanıb.
Bu dövrdə bu növ sığorta ödənişləri 2 milyon 429 min manat təşkil edib ki, bu da illik müqayisədə 38 min manat və ya 1,6% çoxdur. Ötən ilin eyni dövründə 2 milyon 391 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 44,5% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 2,0 faiz bəndi artıb. 2025-ci ilin eyni dövründə isə zərərlilik göstəricisi 42,6% təşkil edib