Bu iki şəhəri Baxmutun taleyi gözləyir - "The Times"dan xəbərdarlıq

Bu iki şəhəri Baxmutun taleyi gözləyir - "The Times"dan xəbərdarlıq
25 İyn 2024 10:43

Rusiya Donetsk bölgəsində hücumlarını gücləndirə bilib. Ruslar Qərbin Ukraynaya yardımının gecikməsindən istifadə edərək yeni uğurlar qazanmağa çalışırlar. Bu fikirlər "The Times"da dərc olunan məqalədəndir. Nəşr yazır ki, indi Kurakovo və Pokrovsk kimi şəhərlər artıq cəbhə xətti sayılırlar və Avdeyevka ilə Çasov Yarın taleyini təkrarlaya bilərlər.

"Kuraxovo sakinlərindən biri Yelena deyir ki, "Qonşum az əvvəl evdən çıxdı. Partlayış başını qopardı.  Amma mən hara gedə bilərəm? Ümumiyyətlə bunun nə mənası var? Rus raketləri səni hər yerdə öldürə bilər. Əgər burada ölməyim qismətdirsə, elə buradaca öləcəm", - nəşr yazıb.

Müəllif onu da yazır ki, "Rusiya Donetsk vilayətində durmadan irəliləyir, lakin onun səbt etdiyi torpaqlarla bağlı uğurları indi kilometrlərlə deyil, metrlərlə ölçülür. Bununla belə, Kuraxovo və Pokrovsk sakinləri tezliklə Çasov Yar, Avdeevka və Baxmut kimi yaxınlıqdakı şəhərlərin taleyini yaşaya biləcəklərindən narahatdırlar. Kremlin hərbi maşını tərəfindən yandırılan hər iki şəhər mühüm nəqliyyat və logistika qovşağıdır və onların ələ keçirilməsi Vladimir Putinin qoşunlarını bütün Donbası işğal etmək məqsədinə yaxınlaşdıracaq”.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Son bir ayda isə rus qoşunları Xarkov istiqamətində daha çox hücumlar edir, əsas hədəfin bu bölgənin olduğunu nümayiş etdirirlər. 

Tural

News365.az


Youtube kanalımız

Oxşar xəbərlər