Narkolepsiya nədir? - Daha rahat yuxuya gedə bilərsiniz

Narkolepsiya nədir? - Daha rahat yuxuya gedə bilərsiniz
27 Dek 2024 19:15

İstənilən halda, istənilən yerdə yuxuya getmək xəstəliyi var. Bu "narkolepsiya" adlanır. 

News365.az xəbər verir ki, Narkolepsiya qısamüddətli yuxu tutmalarının vaxtaşırı təkrar etməsi ilə xarakterizə olunan xəstəlikdir. Xəstəlik adətən gənc yaşlarda başlayır və qəribədir ki, insan yaşlandıqca azalır.


Narkolepsiya tutması iş vaxtı, yol gedərkən, danışarkən, yeriyərkən və hətta maşın sürərkən belə baş verə bilər.


Bu cür yuxu tutmaları bir neçə dəqiqə davam edir. Tutma qurtardıqda xəstələr bəzən yuxu iflici ola bilərlər.


Narkolepsiya ömür boyu davam edən bir problemdir və müalicəsi yoxdur. Lakin dərmanlar və həyat tərzi dəyişiklikləri simptomların idarə olunmasına kömək edə bilər.




Youtube kanalımız