LErmənistan hakimiyyəti AZAL-ın təyyarəsinin qəzaya uğramasından sonra aviaşirkətlərin Rusiyaya mülki reyslərini ləğv etməyi planlaşdırmır.
News365.az İnterfaks-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin mətbuat katibi Sona Arutyunyan bildirib.
“Hazırda belə bir şey planlaşdırılmır”, - o deyib.
Ermənistan aviaşirkətlərinin nümayəndələri həmçinin bildiriblər ki, Rusiyaya uçuşların qrafikində heç bir dəyişiklik yoxdur.
Xatırladaq ki, dekabrın 25-də AZAL-a məxsus olan və Bakıdan Qroznıya uçan “Embraer” təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 67 nəfər olub, onlardan 38-i ölüb, 29-u sağ qalıb.