Azərbaycanda həkim xəstəni təpiklədi

Azərbaycanda həkim xəstəni təpiklədi
27 Dek 2024 21:59

Cəlilabadda həkim xəstəni döyüb.

News365.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında baş verib.

Rayonun Uzuntəpə kənd sakini 1966-cı il təvəllüdlü Füzuli İmanov 5 və 7 yaşlı nəvələrinin halı pisləşdiyi üçün xəstəxanaya aparıb.

Nəvələrdən birinin səhhəti ağırlaşıdğını görən baba Davud adlı həkimdən kömək istəyib. Lakin bu zaman o, həkimin müqavimətilə üzələşib. Füzuli İmanov həkim tərəfindən təpiklə döyülərək otaqdan xaric olunduğunu deyir.

Artıq zərərçəkən məsələ ilə bağlı rayon prokurorluğuna müraciət edib. Hadisənin kadrları təhlükəsilik kameralarına da düşüb.

Fakt araşdırılır.


Youtube kanalımız