Suriya Prezidenti Putinlə görüşdü - YENİLƏNİB

Suriya Prezidenti Putinlə görüşdü - YENİLƏNİB
15 Okt 2025 17:35

Moskvada səfərdə olan Suriya prezidenti Əhməd əl-Şara Rusiya lideri Vladimir Putinlə görüşüb.


News365.az xəbər verir ki, liderlər bir çox birgə layihələri müzakirə edib və rəsmi Moskva onları inkişaf etdirməyə hazır olduğunu bəyan edib. 

"Rusiya hökumətinin baş nazirinin müavini cənab Aleksandr Novakın rəhbərlik etdiyi idarələrarası nümayəndə heyətimizi qəbul etdiyinizə görə sizə minnətdaram. İclasda bir çox maraqlı və faydalı təşəbbüslər müəyyən olundu və biz də öz tərəfimizdən onların həyata keçirilməsi üçün hər şeyi etməyə hazırıq", - Rusiya prezidenti bildirib.

***
Suriya Ərəb Respublikasının prezidenti Əhməd əl-Şara Moskvada səfərdədir.

News365.az bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.

Onun rusiyalı həmkarı Vladimir Putinlə görüşü nəzərdə tutulub.

Rusiya prezidenti Vladimir Putin bu gün Moskvada işgüzar səfərdə olacaq Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şaraa ilə danışıqlar aparacaq.

News365.az xəbər verir ki, bu barədə Kremldən bildirilib.

Qeyd olunub ki, dövlət başçıları ticarət-iqtisadi və humanitar sahələrdə ikitərəfli əlaqələrin hazırkı vəziyyətini və inkişaf perspektivlərini, həmçinin Yaxın Şərq gündəmini müzakirə edəcəklər.


Sizin reklam burada
Sizin reklam burada