Belçikanın paytaxtı Brüsseldə Avropa Parlamenti binası qarşısında YPG/SDG ilə əlaqəli terrorçular təhlükəsizlik əməkdaşlarına hücum ediblər.
News365.az xəbər verir ki, hadisə zamanı ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib.
Məlumata görə, hücum zamanı təhlükəsizlik qüvvələri vəziyyəti nəzarət altına almağa çalışıb. Yaralananların olub-olmadığı barədə hələlik rəsmi məlumat açıqlanmayıb. Belçika hüquq-mühafizə orqanları insidentlə bağlı araşdırmaya başlayıb.
Qeyd edək ki, Avropa Parlamenti ətrafında təhlükəsizlik rejimi saxlanılır və hadisənin təfərrüatları dəqiqləşdirilir.