Bolşeviklər Gəncə üsyanından sonra Bülbülü niyə öldürmədilər?

Bolşeviklər Gəncə üsyanından sonra Bülbülü niyə öldürmədilər?
09:38
Bülbül – Murtuza Məşədi Rza oğlu 1897-ci ildə Şuşada anadan olmuşdur. 1914-cü ildə Bülbül Gəncəyə köçür və Gəncə həyatı onun müğənnilik həyatında böyük rol oynayır.
O, ilk dəfə Gəncədə böyük sənətkar Cəmil Əmirovun və Mirzə Əbdülqədir Vüsaginin libretto müəllifi olan “Seyfəlmülk ” adlı opera tamaşasında çıxış edir. Murtuza Məmmədov "Bülbül" adını Gəncədə alıb. Cavad Xanın nəvəsi Şirinbəyim xanım Ziydxanlı o adı verib.
1920-ci ildə 28 mayı Gəncədə böyük coşğu ilə keçirildiyi zaman orda mahnı ifa edir. Belində silahla Bülbül Azərbaycan himnin ifa edir. Qeyd edim ki, Nuru Paşanın rəhbərliyi ilə Türk ordusu Bakını azad etməyə gələndə, Bülbül onları "Azərbaycan marşı" və milli mahnılarla qarşılayan şəxslərdən biri idi.
Rusların Gəncəni bombalaması, 10 mindən çox gəncəlinin ölümü ilə nəticələnir, bolşevik ordusu Gəncəni 9 mindən çox itki ilə işğal edir və üsyan yatırılandan sonra başlanan həbslər zamanı Bülbülü də əsir götürürlər, ona işgəncə verirmişlər. Deyilənə görə, qaçaq Sarı Ələkbər Bülbülün həbs xəbərini eşidəndə çox qəzəblənib və şəhərə gizli xəbər göndərib:
"Əgər Murtuzanın başına bir tük toxunsa, Gəncədəki bütün bolşevik komissarlarını bir-bir asacağam".
Gəncəlilərin gizli bir dəstəsi çox çətinliklə pul toplayıb həbsxananın işçilərinə verib onu və bir neçə adamı azad edib, şəhərdən çıxarıblar.
Lakin bu məsələ ilə bağlı bir rəvayət də var.
Bülbülü öçümündən bir neçə dəqiqə əvvəl ondan son arzusunu soruşurlar. Bülbül sonuncu dəfə oxumaq istədiyini deyir. "Şikastayi-fars" (Segah da deyirlər ) oxuyur və onu dinləyən bolşeviklər içində olan Azərbaycanlılar rus komandirə müraciət edirlər:
"Biz erməni deyilik ki, bu cür gözəl səsi susduraq? Bu günahın altına girə bilmərik."
Rus komandir də ətrafda onun səsinin eşidərək yığışıb qulaq asan caamatın qarşısına çıxaraq:.
"Belə səsi olan adamı öldürmək günahdır" deyərək onu sərbəst buraxırlar.
O, hər dəfə Gəncəyə konsertə gedəndə deyərmiş: "Mən bu şəhərə və bu insanlara borcluyam, onlar mənim səsimi məndən çox sevdilər və qorudular."
Bülbül azad ediləndən sonra Şuşaya qayıdır.
1921-ci ildə Bakı Konservatoriyasında təhsil almaq qərarına gəlir. Uğurları ilə kifayətlənməyən Bülbül 1924-cü ildə İtaliyaya gedir, orada dünya şöhrətli musiqi ocağı La Skala teatrında təcrübə keçir. İtalyan musiqiçilər onun səsini eşidəndən sonra onu orada "Şərqin Karuzosu" adlandırırlar.
Qayıdandan sonra yenidən 1925-ci ildə Konservatoriyada Üzeyir Hacibəyov sinfində təhsilini davam etdirir.
İkinci dünya müharibəsi zamanı Bülbülün də adı müharibəyə "könüllü" gedənlərin siyahısında olur.1942-ci ilin noyabrında 370-ci ehtiyat atıcı alayının şəxsi heyətinə daxil edilir.
Lakin 57-ci nömrə altında qeyd olunan 1897-ci il təvəllüdlü Məmmədov Murtuza "Maddə 32-25-ə əsasən geri qaytarılsın" cümləsi əlavə edilir və o müharibəyə getmir.Bülbül həmin illərdə cəbhə xəttində və hospitallarda dəfələrlə konsertlər vermişdir.
Şahidlərin dediyinə görə, Bülbül mikrofonsuz, sadəcə təbii səsi ilə elə oxuyurdu ki, səs düşmən tərəfə — alman səngərlərinə qədər çatırmış. Hətta deyirlər ki, o oxuyanda bir neçə dəqiqəlik atəş səsləri kəsilirmiş.
Zaur Əliyev, tarixçi

Sizin reklam burada
Sizin reklam burada