Bolqarıstan gələn ildən avrozonaya daxil olur

Bolqarıstan gələn ildən avrozonaya daxil olur
09 İyl 2025 10:50

Avropa İttifaqına (Aİ) üzv ölkələr 2026-cı il yanvarın 1-dən etibarən Bolqarıstanın avrozonaya daxil olmasını təsdiqləyib.

News365.az xəbər verir ki, qərar Brüsseldə Aİ-nin maliyyə nazirləri tərəfindən qəbul edilib.

İyun ayının əvvəlində Avropa Komissiyası Bolqarıstanın gələn il yanvarın 1-dən etibarən avronun istifadəsinə başlamaq üçün bütün meyarlara cavab verdiyini bildirən hesabat dərc edib.

Beləliklə, avrozona 21 ölkəyə qədər genişlənəcək.


Sizin reklam burada
Sizin reklam burada