Bolnisi Bələdiyyəsinin Saraçlı (Mamxuti) kəndində yaşlı bir qadının evində ölü tapılması faktı üzrə Daxili İşlər Nazirliyi (DİN) tərəfindən istintaqa qəsdən adamöldürmə maddəsi ilə başlanılıb.
Hadisənin təfərrüatları barədə hələlik əlavə məlumat verilməyib.
Qeyd edək ki, Aprelin 6-ı, axşam saatlarında Bolnisi rayonunun Saraçlı kəndində tək yaşayan 71 yaşlı qadının meyiti onun yaşadığı evdə aşkar olunub. Qadından xəbər ala bilməyən qonşular onun evinə yaxınlaşıblar. Qapının bağlı olduğunu görən qonşular qapını sındıraraq içəri daxil olublar və qadını ölmüş vəziyyətdə tapıblar. Onlar evdə, qan izləri də aşkar ediblər.