Azərbaycan gimnastları Bakıdakı Dünya Kubokunu 1 qızıl medalla başa vurublar

Azərbaycan gimnastları Bakıdakı Dünya Kubokunu 1 qızıl medalla başa vurublar
09 Mar 2025 14:20

Azərbaycan gimnastları Bakıda keçirilən Dünya Kubokunu 1 qızıl medalla başa vurublar.

Yarışın sonuncu günündə dayaqla tullanmada Murad Ağarzayev yeddinci, turnikdə İvan Tixonov isə səkkizinci yeri tutub.

Ötən gün halqalarla hərəkətlərdə Nikita Simonov qızıl mükafat əldə edib. Dəniz Əliyeva isə dayaqla tullanmada yeddinci yerə layiq görülüb.

Qeyd edək ki, turnirdə 19 ölkədən gimnastlar çıxış edib.


Sizin reklam burada
Sizin reklam burada