Dünyanın müxtəlif bölgələrində münaqişələr davam edir.
News365.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumunun açılış mərasimində Albaniya Respublikasının Prezidenti Bayram Beqay bildirib.
Albaniya Prezidenti deyib ki, dünya tək siyasi böhranla üzləşməyib, iqtisadi tənəzzül də müşahidə olunur: “Gücün ədaləti əvəzləməyə çalışdığı bir dövrdə yaşayırıq, cəmiyyətlər iflasa uğrayır. Çağırışlar yeni dünya düzəni üçün sınaqdır, təhlükəsizliyi sarsıdır. Biz sülhün bərpasına nail olmalıyıq. Biz sərhədlərin, təhlükəsizliyin qorunmasına çalışmalıyıq. Transmilli cinayətkarlıq və digər təhdidlər əməkdaşlığımızı tələb edir. Biz dəyərlərimizə sadiq qalmalıyıq. Bizə münaqişələrin həll olunduğu, iqtisadiyyatın dayanıqlı olduğu dünya lazımdır”.