Bir həftə sonra Azərbaycanda sosial müavinətlər və təqaüdlər artırılacaq.
News365.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyası üzrə iclasında deputat Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, Prezidentin imzaladığı fərmana əsasən, iyulun 1-də ölkəmizdə sosial paketin növbəti elementi olaraq ölkəmizdə müavinət və təqaüdlərdə artımlar reallaşacaq.
Qeyd edib ki, sonuncu artımlar 1.1 milyon vətəndaşlarımızı əhatə edəcək və bu Azərbaycanda sosial təminat sisteminin daha da gücləndirilməsi ilə bağlı həyata keçirilən işlərin tərkib hissəsidir.