“Zəngəzur dəhlizi ABŞ üçün stratejidir”- Sultan Zahidov

“Zəngəzur dəhlizi ABŞ üçün stratejidir”- Sultan Zahidov
16:42

Hazırda rəsmi imzalar atılmasa da, Zəngəzur dəhlizi ilə bağlı müxtəlif iddialar və müzakirələr gündəmdə qalmaqdadır.

Politoloq Sultan Zahidov News365.az-a açıqlamasında bildirib ki, Ermənistanda xüsusən müxalif qüvvələr bu məsələni Paşinyanın əleyhinə siyasi təzyiq vasitəsinə çeviriblər.

“Erməni müxalifəti iddia edir ki, Paşinyan Zəngəzur dəhlizi ilə Ermənistanın bir hissəsini Azərbaycana verir və bu bölgədə ölkənin suverenliyi olmayacaq. Bu ritorika ilə onlar Paşinyanın hakimiyyətini zəiflətməyə çalışırlar. Buna cavab olaraq Paşinyan bəyan edir ki, Ermənistanın suverenliyi və yurisdiksiyası heç bir halda pozulmayacaq, lakin regionun və dünyanın iqtisadi sisteminə inteqrasiya üçün kommunikasiya xətləri açılmalıdır,” – Zahidov vurğulayıb.

Politoloq həmçinin qeyd edib ki, ABŞ bu layihədə fəal rol oynayır:
“Vaşinqtonun maraqları təkcə iqtisadi deyil, həm də geosiyasi xarakter daşıyır. ABŞ uzun müddətdir ki, regionda Rusiya və İranı kənar edən layihələri dəstəkləyir. Zəngəzur dəhlizi də bu baxımdan strateji əhəmiyyətə malikdir."


Sizin reklam burada
Sizin reklam burada