Belarus Prezidenti Aleksandr Lukaşenko hakimiyyətdə qalmasının səbəbləri ilə bağlı açıqlama verib. O bildirib ki, əvvəlcə vəzifədən getmək istəsə də, yaranmış siyasi vəziyyət buna imkan verməyib.
“Məsələ elə qoyulmuşdu ki, guya mən xainəm və ölkədən qaçmaq istəyirəm. Buna görə də qalmağa məcbur oldum”, – deyə Lukaşenko vurğulayıb.
Prezidentin sözlərinə görə, həmin dövrdə ölkədəki siyasi gərginlik və xarici təzyiqlər onun bu qərarına təsir göstərib.
News365.az