“Sevgilim” mahnısının müəllifi Saadet Sun vəfat etdi

“Sevgilim” mahnısının müəllifi Saadet Sun vəfat etdi
16:24

“Sevgilim”, “Bilemiyorum”, “Mükafat” və “Yeter ki” kimi hit mahnıların müəllifi, türk sənətçisi Saadet Sun 81 yaşında vəfat edib.

News365.az xəbər verir ki, 1970-ci illərdə səhnəyə çıxan və unudulmaz əsərləri ilə tanınan sənətçinin ölümü musiqi dünyasında dərin kədər yaradıb.

Sənətçinin yaxın dostu, aktrisa və müğənni Işıl Yücesoy bu acı xəbəri sosial şəbəkədə belə paylaşdı:
“Ah, canım dostum, ah, canım yoldaşım… Necə yandırdın ürəyimi, getdin, bilməzsən. Necə yaxşı sənətçini, necə yaxşı insanı itirdik... Canım Saadet Sun, heç vaxt unudulmayacaqsan. Başımız sağ olsun.”

Saadet Sun 1965-ci ildə teatr fəaliyyətinə başlayıb, 1970-ci illərdə isə musiqi karyerasına yönəlib. 1990-cı ildə səhnədən çəkilsə də, musiqi ilə əlaqəsini kəsməyib və bir çox nostalji layihələrdə iştirak edib.

Sənətçinin xatirəsi sevənlərinin qəlbində yaşayacaq.

News365.az


Sizin reklam burada
Sizin reklam burada