Keniyada tibbi heyəti daşıyan kiçik təyyarə qəzaya uğrayıb. Hadisə nəticəsində 6 nəfər həyatını itirib.
News365.az xəbər verir ki, Afrika Tibb və Tədqiqat Fonduna məxsus təyyarə, paytaxt Nayrobidən təxminən 20 kilometr şimal-şərqdə yerləşən yaşayış məntəqəsinə düşərək bir binaya çırpılıb.
Kiambu bölgəsinin polis rəisi Morris Odanga bildirib ki, qəza zamanı 2 nəfər yerindəcə ölüb, 2 nəfər isə yaralanıb.
Hadisə ilə bağlı araşdırma başladılıb.
News365.az