Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Güvən" Xeyriyyə ictimai birliyinin icra etdiyi “Məktəblilərə sosial dəstək” layihəsi çərçivəsində Astara rayonunda seminar xarakterli tədbir keçirib.
Astara
rayon İcra Hakimiyyəti və Astara-Lənkəran Regional Təhsil İdarəsinin təşkilati
dəstəyi ilə 06.08.2025 tarixində Rinə kəndində, 07.08.2025 tarixində Siyəkü kəndində,
08.08.2025 tarixində Kijəbə qəsəbəsində həyata keçirilən tədbirlərdə ümumilikdə
60 nəfərdən çox məktəbli, xüsusən qızlar iştirak edib.
Açıq
havada həyata keçirilən tədbirlərin hər birində çıxış edən
təşkilatın sədri və layihə rəhbəri Nigar Bayramlı layihəyə maliyyə dəstəyi göstərən
QHT-lərə Dövlət Dəstəyi Agentliyi barədə məlumat verib, layihə mövzusunun
aktuallığı, təşkilatın fəaliyyət istiqamətləri və görülən işlərlə bağlı məlumatları
diqqətə çatdırıb. O, tədbirlərdən sonra Lənkəran rayonun Xanbulan ərazisində
planlaşdırılan düşərgə barədə də iştirakçılara məlumat verib. Hər bir kənddə
keçirilən tədbirlərdə müvafiq olaraq iştirak edən məktəb direktorları və
müavinləri də çıxışlarında belə bir layihəhənin yay tətili dövründə həyata
keçirilməsinin əhəmiyətini vurğulayaraq, şagirdlərin, xüsusən də qızların şəxsi
inkişafına əhəmiyyətli dərəcədə müsbət təsir edəcəyini vurğulayıblar.
Tədbir
zamanı layihə eksperti, Lənkəranda fəaliyyət göstərən “Elm-Tədris Akademiyası”
MMC-nin rəhbəri, kuriklum üzrə mütəxəssis Samir Salayev “Məktəblilərin sosial
inkişafında təhsilin rolu, sosial inkişafın gələcək karyerada rolu mövzularına
toxunulub, sosial inkişafa dəstək verən simulyativ oyun-qrup işləri” həyata
keçirib, tədbir iştirakçıların fəallığı və
böyük marağı ilə müşayiət olunub. Yekunda iştirakçılar layihə barədə
müsbət fikirlərini bölüşüb və belə tədbirlərin davamlı təşkilini arzu ediblər.
Layihənin
məqsədi məktəbli uşaqların, xüsusən də qızların təhsildən yayınma səbəblərini
qismən də olsa aradan qaldırmaq və gələcəyin peşə sahiblərinin formalaşmasında
onların rolunu artırmaqdan ibarətdir.