"Gümrüdəki baza ilə bağlı iddialar daha çox informasiya təxribatıdır" - Elçin Mirzəbəyli

"Gümrüdəki baza ilə bağlı iddialar daha çox informasiya təxribatıdır" - Elçin Mirzəbəyli
16:48

"Gümrüdəki baza ilə bağlı iddialar daha çox informasiya təxribatıdır".

Politoloq Elçin Mirzəbəyli News365.az-a açıqlamasında bildirib ki, hazırkı proseslərin təhlili Vaşinqton və Nyu-York protokollarından daha üstün sənədin imzalanacağına dair gözləntiləri təsdiqləmir.

Onun sözlərinə görə, Gümrüdəki Rusiya hərbi bazası ilə bağlı son illərdə dəfələrlə təhdid xarakterli bəyanatlar səsləndirilsə də, reallıq bu iddiaların doğruluğunu şübhə altına alır:

“Əgər Ukraynada baş verən əməliyyatlara nəzər salsaq, Rusiya üçün orada hərbi resurs ayırmaq prioritetdir. Bu baxımdan, Gümrüdəki baza ilə bağlı səsləndirilən yükdaşımalar və digər iddialar daha çox təxribat xarakterli informasiya kampaniyası təsiri bağışlayır. Burada həm Ermənistan rəhbərliyinin, həm də Rusiyadakı müəyyən qüvvələrin maraqları üst-üstə düşür.”

Mirzəbəyli xatırladıb ki, Rusiyanın Ermənistandakı hərbi mövcudluğu Paşinyan hakimiyyətə gəlməzdən əvvəl də mövcud idi:

“Rusiya 2018-ci ildə Nikol Paşinyanın hansı qüvvələrin dəstəyi ilə hakimiyyətə gəldiyini yaxşı bilirdi. O dövrdə prosesin qarşısını almaq indiki şəraitdə hərbi çevriliş cəhdindən qat-qat asan idi."

News365.az


Sizin reklam burada
Sizin reklam burada