Ukrayna Silahlı Qüvvələri (VSU) son 24 saat ərzində Kursk vilayətində 320 itki verib. Bu barədə Rusiya Müdafiə Nazirliyinin Telegram kanalında məlumat verilib.
Müdafiə Nazirliyinin məlumatına görə, Ukrayna ordusu bir gündə iki tank, bir “Bradley” piyada döyüş maşını, 15 zirehli döyüş maşını, üç özüyeriyən artilleriya qurğusu və bir radioelektron mübarizə stansiyası itirib. Bundan əlavə, Ukrayna Silahlı Qüvvələrinin 6 əsgəri Rusiya hərbçilərinə təslim olub.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural