Bill Qeyts 200 milyardlıq sərvətini Afrikaya ayırır

Bill Qeyts 200 milyardlıq sərvətini Afrikaya ayırır
02 İyn 2025 23:45

“Maykrosoft” qurucusu, milyarder Bill Qeyts sərvətinin böyük hissəsi Afrikaya ayıracaq.


News365.az xəbər verir ki, o, bu barədə iyunun 2-də Afrika İttifaqının Efiopiyanın paytaxtı Əddis-Əbəbədəki mənzil-qərargahında çıxışı zamanı deyib.


"Mən bu yaxınlarda söz verdim ki, sərvətim növbəti 20 il ərzində köçürüləcək. Bu maliyyənin əsas hissəsi Afrikadakı problemlərin həlli üçün xərclənəcək”, - Qeyts bildirib.


O əlavə edib ki, vəsait Bill və Melinda Qeyts Fondu vasitəsilə ayrılacaq.


Milyarder daha əvvəl söyləmişdi ki, 200 milyarda yaxın vəsait 2045-ci ilə qədər müxtəlif layihələrin icrası üçün xərclənəcək.


Sizin reklam burada
Sizin reklam burada