Beyləqanda bazarda baş vermiş yanğın söndürülüb - YENİLƏNDİ

Beyləqanda bazarda baş vermiş yanğın söndürülüb - YENİLƏNDİ
14 İyn 2025 11:32

Gecə saatlarında Beyləqan rayonun bazarında baş verən yanğın zamanı xəsarət alan və tüstüdən zəhərlənənlər olub.

News365.az xəbər verir ki, yanğının söndürülməsinə cəhd edən şəxslərdən 2004 - cü il təvəllüdlü Şirinzadə Məhəmməd Mehman sol ayağın 1-ci barmağının kəsilmiş yarası, 1984 - cü il təvəllüdlü, Səfərov Dəyanət Taleh oğlu sol biləyin kəsilmiş - cırılmış yarası, Hacızadə Sənay sol qolun mismarla cırılmış yarası ilə xəsarət alıblar.

2005 - ci il təvəllüdlü Əlizadə Rəşad Habil oğlu, 1972 - ci il təvəllüdlü Behbudova Şəfiqə Əsgər qızı, 1995 - ci il təvəllüdlü 1992-ci il təvəllüdlü
Baxışlı Əyyub Arif oğlu, 2001 - ci il təvəllüdlü Yunisov Ramiz Ramil oğlu, 1986 - cı il təvəllüdlü Kazımov Ceyhun Əli oğlu, 2020-ci il təvəllüdlü
Şirinov Arif Rövşən oğlu, 2005 - ci il təvəllüdlü Bayramov Nihad Elməddin, 1995 - ci il təvəllüdlü Bəhrəmli Kamran Əli oğlu, 1982 - ci il təvəllüdlü Məmmədov Fəzail Əbil, 1970 - ci il təvəllüdlü Behbudov Niyazi Qaraca oğlu, 2005 - ci il təvəllüdlü Mehtiyev Elgün Zöhrab oğlu, 1985 - ci il təvəllüdlü Balakişiyev İbadət Samir oğlu, 2007 - ci il təvəllüdlü Əlizadə Vüqar Ramil oğlu tüstü zəhərlənməsi ilə Beyləqan mərkəzi xəstəxanasına yerləşdiriliblər. Müraciət edənlərə tibbi müdaxilələr edilib.

Hazırda faktla bağlı aidiyyatı qurumların araşdırması aparılır.

***

Beyləqanda bazar yanır.

News365.az bu barədə Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Nazirliyin "112" qaynar telefon xəttinə Beyləqan şəhərində bazar ərazisində yanğın olması barədə ilkin məlumat daxil olub.

Məlumat daxil olandan dərhal sonra Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.


Sizin reklam burada
Sizin reklam burada