Almaniya kansleri Fridrix Mersin elan etdiyi qərara- Kiyevin müttəfiqlərinin Rusiyanın dərinliklərinə uzaqmənzilli raketlərdən zərbələr endirmək icazəsi Ukrayna ərazisində sülhün yaranmasının qarşısını almaq məqsədi daşıyır. Bu barədə Fransanın “Vətənpərvərlər” partiyasının lideri Florian Filippo RİA Novosti-yə müsahibəsində bildirib.
"Almaniyanın bəyanatı təhlükəli, məsuliyyətsizdir və bölgəyə sülhün gəlişinin qarşısını almaq məqsədi daşıyır. Reallıq ondan ibarətdir ki, Ukrayna cəbhəsi dağılır, sülhlə bağlı isə dialoq başlayıb. Aİ isə Makron və Merz kimi vassalları ilə müharibə tərəfdarı mövqeyi tutur", - Filippo deyib.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.
Tural