Bərdədə 15 yaşlı yeniyetmə çayda boğuldu

Bərdədə 15 yaşlı yeniyetmə çayda boğuldu
09 May 2025 17:25

Bərdədə 15 yaşlı yeniyetmə Tərtər çayında boğulub.

News365.az xəbər verir ki, Ağdam rayon sakini 2010 - cu il təvəllüdlü Əli Fərəcov Tərtər çayının Bərdə şəhəri ərazisindən keçən hissəsində boğulub.

Hələ ki onun hansı şəraitdə çaya düşdüyü məlum deyil. İlkin məlumata görə, Ə.Fərəcov Tərtər çayın sahilinə yaxın olan şadlıq saraylarından biri toyda iştirak edib.



Sizin reklam burada
Sizin reklam burada