Benzema “Əl-Hilal”a keçdi

Benzema “Əl-Hilal”a keçdi
11:14

Fransız hücumçu Kərim Benzema Səudiyyə Ərəbistanının “Əl-Hilal” futbol klubu ilə müqavilə imzalayıb.

 

News365.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 38 yaşlı futbolçu ilə bağlanan müqavilənin müddəti açıqlanmayıb. Qeyd edək ki, Benzema 2023-cü ildən bu yana Fransanın “Əl-İttihad” klubunda çıxış edirdi və 2025-ci ildə Səudiyyə Ərəbistanı çempionu olub. Yanvarın 29-da “L’Equipe” qəzeti futbolçunun maaşın azaldılması ilə bağlı təklif səbəbindən “Əl-İttihad”da oynamaqdan imtina etdiyini yazmışdı. Karyerası ərzində “Real Madrid” və “Lion” klublarında da forma geyinən Benzema Madrid təmsilçisi ilə dörd La Liqa, üç Kral Kuboku və beş Çempionlar Liqası titulunu qazanıb.

 

O, 2022-ci ildə “France Football” jurnalı tərəfindən dünyanın ən yaxşı futbolçusuna verilən “Qızıl top” mükafatına layiq görülüb. Benzema “Real Madrid”də 648 oyuna çıxıb, 354 qol vuraraq klub tarixində ikinci ən çox qol vuran futbolçu olub. Fransız hücumçu 2007–2022-ci illərdə Fransa millisinin formasını geyinib, 97 oyunda 37 qol vurub. O, 2021-ci ildə milli komanda ilə Millətlər Liqasının qalibi olub, 2022-ci il dünya çempionatında isə Fransa yığması ilə gümüş medal qazanıb.


Sizin reklam burada
Sizin reklam burada