Belçika Ukraynaya hərbçilərini göndərə bilər

Belçika Ukraynaya hərbçilərini göndərə bilər
19 Fev 2025 13:33

Belçika Ukraynaya hərbçilər göndərə biləcəyini istisna etməyib.

News365.az “Financial Times” qəzetinə istinadən xəbər verir ki, bu barədə Belçikanın müdafiə naziri Teo Franken bildirib.

"Belçikanın müdafiə naziri müəyyən şərtlərlə Ukraynaya qoşun göndərməyə açıq olduğunu bəyan edib", - nəşr yazıb.

Regionda asayişi qorumaq üçün hərbçilərin göndərilməsi yalnız Rusiya və Ukrayna arasında sülh müqaviləsi bağlandıqdan sonra mümkündür.

Franken qeyd edib ki, Belçika minlərlə əsgər göndərə bilməz, lakin Brüssel həmişə öz müttəfiqlərinə kömək edir.



Sizin reklam burada
Sizin reklam burada