Belarus Rusiyanın Su-30-larını alır

Belarus Rusiyanın Su-30-larını alır
11 May 2025 22:59

Belarus mayın sonunda Rusiyanın "Su-30SM2" qırıcılarının ilk cütünü almağı planlaşdırır.


News365.az xəbər verir ki, bu barədə Belarus SQ-nin Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı Andrey Lukyanoviç məlumat verib.


"Biz "Su-30SM2"nin ilk cütünü sözün həqiqi mənasında yaxın gələcəkdə, hətta mayın sonunda alacağıq. Təyyarələr daha təkmildir və müasir avionikaya malikdir. Onların imkanları tamamilə fərqlidir", - o deyib.


Komandirin sözlərinə görə, Belarus Silahlı Qüvvələri yeni aviasiya texnikası, xüsusən də yeni Mi-35M helikopterləri və Su-30SM təyyarələri alır


Sizin reklam burada
Sizin reklam burada