BƏƏ Prezidenti İlham Əliyevlə görüşü barədə paylaşım etdi - VİDEO

BƏƏ Prezidenti İlham Əliyevlə görüşü barədə paylaşım etdi - VİDEO
11:42

BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nahyan sosial şəbəkədə Qarabağa səfəri və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü barədə paylaşım edib.

News365.az xəbər verir ki, bu barədə xarici KİV yazıb.

“Qarabağda Prezident İlham Əliyevlə görüşüb BƏƏ və Azərbaycan arasında ikitərəfli əlaqələrin inkişafını müzakirə etməkdən məmnun oldum. Yaxınlarda imzalanmış Əhatəli İqtisadi Tərəfdaşlıq Sazişindən alınan təkanla iqtisadi inkişafı təşviq etmək, ortaq imkanlar yaratmaq və regional və qlobal sülh və sabitliyi dəstəkləmək məqsədilə yeni əməkdaşlıq istiqamətlərini araşdırdıq”, deyə o, qeyd edib.

Xatırladaq ki, BƏƏ Prezidenti sentyabrın 16-da Qarabağda səfərdə olub.


Sizin reklam burada
Sizin reklam burada