Xankəndi istiqamətində avtobus hərəkəti ilə bağlı narazılıq yaranıb.
News365.az xəbər verir ki, Lor həkimi Ramil Həşimli Facebook səhifəsində yazıb ki, hazırda mövcud avtobusların yalnız səhər saatlarında hərəkət etməsi universitet əməkdaşlarını çətin vəziyyətə salır.
Həşimlinin qeyd etdiyinə görə, Tibb və Sağlamlıq Elmləri fakültəsinin əməkdaşlarının böyük əksəriyyəti cümə günü Bakıya gəlib, bazar günü axşam geri dönürlər. Səhər reyslərinin məhdud olması səbəbindən onlar daha az təhlükəsiz alternativ nəqliyyat vasitələrindən istifadə etmək məcburiyyətində qalırlar.
O, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət edərək bazar günü axşam saat 17:00–18:00 arası Xankəndi istiqamətinə əlavə reys açılmasını xahiş edib. Həşimli bildirib ki, 1–2 əlavə reysin açılması vəziyyəti tamamilə həll edə bilər.
News365.az