Bayramov ATƏT sədri ilə görüşdü - FOTOLAR

Bayramov ATƏT sədri ilə görüşdü - FOTOLAR
15:27

Xarici işlər naziri Ceyhun Bayramov Finlandiyanın XİN rəhbəri, ATƏT-in fəaliyyətdə olan sədri Elina Valtonenlə görüşüb.

News365.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” hesabında paylaşım edilib. 

Bildirilib ki, nazirlər Finlandiyanın ATƏT-ə sədrliyi dövründə əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

C.Bayramov həmçinin həmkarına regionda münaqişədən sonrakı vəziyyət, o cümlədən Azərbaycan-Ermənistan arasında münasibətlərin normallaşması prosesinin hazırkı vəziyyəti barədə məlumat verib.



Sizin reklam burada
Sizin reklam burada