Balakəndə baş verən yanğın zamanı ev sahibi xəsarət alıb.
Balakən rayonu Hənifə kəndində yanan ev 1987-ci il təvəllüdlü Məcid Qüdrət oğlu Məmmədova məxsusdur. Yanğın zamanı onun həyat yoldaşı 1994-cü il təvəllüdlü Dilarə Rüfət qızı Məmmədova yanıq xəsarətləri alıb./APA
***
Balakən rayonunun Hənifə kəndində yanğın hadisəsi baş verib.
News365.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, birmərtəbəli 1 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb.
Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.