2024-cü ildə Ukrayna 11 mübadilə həyata keçirib və 1358 vətəndaşını Rusiya əsirliyindən azad edib.
News365.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.
“Ötən il çətin olsa da, bizim üçün məhsuldar keçdi. Əvvəlki illə müqayisədə 2024-cü ildə Ukraynaya 356 nəfər daha çox vətəndaşımızı geri qaytarmaq mümkün oldu”, - deyə idarənin rəisi Kirill Budanov bildirib.