Cənubi Koreyada siyasi böhran səngimək bilmir. Yonhap xəbər agentliyinin yaydığı məlumata görə, Korrupsiyaya Qarşı İstintaq Agentliyi prezident Yoon Seok-Yeolu həbs etmək səlahiyyətini Cənubi Koreya polisinə həvalə edib.
"Prezident Yoon Seok-Yeolun həbsinə dair orderi yerinə yetirmək üçün mübarizə aparan Yüksək Səviyyəli Hökumət Məmurlarına Qarşı Cinayətlərin İstintaq İdarəsi orderin müddəti bitmək üzrə olduğu üçün öz vəzifələrini polisə həvalə edib", - məlumatda deyilir.
Bir gün əvvəl məlum olub ki, Cənubi Koreya prezidentinin təhlükəsizlik xidmətinin rəhbəri Pak Çunq-Cun yanvarın 3-də müstəntiqlərlə qarşıdurma yaranacağı təqdirdə, yəni, onlar prezident Yoon Seok-Yeolu həbs etmək istəyərkən tabeliyində olanlara odlu silahdan istifadə etməyə icazə verib.
Xatırladaq ki, ölkənin aparıcı müxalifət partiyası Yun Seok-Yeol üsyanına dair prosesləri araşdırmaq üçün komitə yaradıb. Komitə bəyan edib ki, yanvarın 3-də Korrupsiyaya Qarşı Mübarizə Departamenti prezidenti həbs etmək cəhdini dayandırıb. Çünki onun təhlükəsizliyini təmin edən şəxslərdə odlu silahlar olub.
Tural