Bəşər Əsəd hansı xəstəlikdən əziyyət çəkir?

Bəşər Əsəd hansı xəstəlikdən əziyyət çəkir?
06 Yan 2025 09:29

Ərəb mediyasının məlumatına görə Bəşşar əl Əsəd son zamanlar əsasən yuxusuzluqdan əziyyət çəkirmiş və yüksək dozalı psixotrop dərmanlar qəbul edirmiş. Həmin preparatlar xalq onun evini basanda mənzilindən də çıxmışdı.

Uzun müddət bu dərmanların qəbulu səbəbi ilə Rusiyada halı pisləşib, qəfil boğulma və fasiləsiz öskürək onun zəhərləndiyini ortaya qoyub.

Həyat yoldaşı Əsma əl Əsədin də xərçəng xəstəliyindən əziyyət çəkdiyi məlumdur. Onun da halı kəskin şəkildə pisləşib.

İran rejimi ilə Mahir Əsədin müştərək narkotik zavodlarının sıradan çıxması İranın ərəb ölkələrinə narkotik ixracının qarşısını alıb. Səudiyyə Ərəbistanında 6 iranlı ölkəyə narkotik idxal etdiyinə görə edam edilib.

İran hakimiyyəti Səudiyyə Ərəbistanına bununla bağlı etiraz bildirib.

Tural İrfan, MCP-nin sədr müavini


Youtube kanalımız