Kerç boğazında tankerlərin qəzaya uğramasından sonra mazutun dənizə dağılması nəticəsində 30-dan çox delfin ölüb.
News365.az xəbər verir ki, bu barədə delfinləri xilası ilə məşğul olan elmi-ekoloji mərkəz “Delfa”nın məlumatında deyilir.
Qeyd olunub ki, delfinlərin ölümü böyük ehtimalla mazut dağılması ilə əlaqədar olub.
Xatırladaq ki, dekabrın 15-də Kerç boğazında güclü fırtına nəticəsində iki neft tankeri “Volqoneft-212” və “Volqoneft-239” batıb. Fövqəladə hallar xidmətlərinin məlumatına görə, tankerlərdən tökülən mazutun ümumi həcmi təxminən 3,8 min tona çatıb.