Bakı-Ələt yolunda “BakuBus” MMC-nin balansında olan və Sahil qəsəbəsini “Sahil” metrostansiyası ilə əlaqələndirən 149 nömrəli avtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsinə səbəb olan amillərin təyin edilməsi üçün müvafiq araşdırmalara başlanılıb.
Bu barədə News365.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
"Bu gün saat 10:36 radələrində Bakı-Ələt yolunda “BakuBus” MMC-nin balansında olan və Sahil qəsəbəsini “Sahil” metrostansiyası ilə əlaqələndirən 149 nömrəli avtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
Təəssüf hissi ilə bildiririk ki, qəza nəticəsində bir sərnişin həyatını itirib, daha bir sərnişin isə təcili tibbi yardım vasitəsilə xəstəxanaya yerləşdirilib. Həyatını itirən xanım sərnişinə Allahdan rəhmət diləyir, yaralı sərnişinə şəfa arzu edirik." - məlumatda qeyd olunub.
Hadisə hüquq-mühafizə oqranları tərəfindən araşdırılır.
***
Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisindən yol-nəqliyyat hadisəsi ilə bağlı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış qeydə alınıb.
News365.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.
Qeyd edilib ki, dərhal hadisə yerinə briqada cəlb olunub.
Xəsarət alan 2 nəfər müştərək travmalar diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
1 nəfərə isə stresə qarşı reaksiya diaqnozu ilə yerində yardım olunub.
***
Bakıda “BakuBus”a məxsus sərnişin avtobusu ilə yük maşını toqquşub.
Bununla bağlı görüntülər sosial şəbəkədə yer alıb.
Hadisə ilə bağlı açıqlama verən Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) inspektoru polis baş leytenantı Elvin Hacıyev avtobusdakı sərnişinlərdən birinin öldüyünü deyib:
"Sözügedən yol-nəqliyyat hadisəsi saat 10:30 radələrində Bakı-Qazax magistral yolunun 24-cü kilometrliyində baş verib. 99-JZ-185 nömrəli "BakuBus" avtobusu yolun kənarından hərəkətə başlayan Tacikistan dövlətinə məxsus "Volvo" markalı yük avtomobilinə toqquşub. Qəza nəticəsində avtobusda olan bir nəfər sərnişin həyatını itirib, iki nəfər xəsarət alıb. Faktla bağlı araşdırma aparılır".