Bakının məşhur qəsəbəsi plana düşdü: SÖKÜLÜR

Bakının məşhur qəsəbəsi plana düşdü: SÖKÜLÜR
18 İyl 2025 20:10

Binəqədi rayonunun Xutor qəsəbəsində fərdi yaşayış evlərinin söküntüsü işləri aparılacaq.

News365.az xəbər verir ki, bununla bağlı hazırlıqlara başlanılıb.

Belə ki, sözügedən ərazidəki evlərin plana düşdüyü bildirilir. Artıq rəsmi qurumların nümayəndələri bu günlərdə qəsəbə ərazisinə baxış keçirməyə başlayıb. 

Bu gün Rəşid Məmmədov küçəsində fərdi yaşayış evlərində sahədaxili ölçmə işləri aparılıb. Hələlik kompensasiyanın məbləği barədə sakinlərə heç bir məlumat verilməyib.

Qeyd edilib ki, indiki mərhələdə "Xutor" ərazisində söküntüsü nəzərdə tutulan tikililərin sahədaxili ölçmə işlərinin həyata keçirilməsi aparılır.


Sizin reklam burada
Sizin reklam burada