Məlumdur
ki, Bakı və Abşeron ərazisində metro və avtobuslardan istifadə edən sərnişinlər
gediş haqlarını fiziki kart olmadan asanlıqla ödəyə bilirlər. Bunun üçün
Birbank mobil tətbiqində QR bilet yaratmaq kifəyətdir. Bilet yaradıldığı andan
etibarən 1 dəqiqə ərzində istifadə edilə bilər. İstifadə edilməyən biletlərə
görə ödənilən məbləğ 3-30 gün ərzində müştərinin hesabına geri qaytarılır.
"Kapital Bank" ASC-dən News365.az–a bildirilib ki, noyabr ayında isə texniki xəta səbəbindən müştərilərin
BakıKart QR biletləri üzrə istifadə etmədikləri biletlərlə yanaşı istifadə
etdikləri biletlərin ödənişləri də onların hesablarına geri qaytarılıb:
“Bu səbəbdən də bank tərəfindən müştərilərə bildiriş göndərilərək məlumat
verilib ki, istifadə edilən biletlərə görə 29 noyabr-4 dekabr tarixləri
aralığında onların hesablarına qaytarılan vəsait 10 yanvar tarixinədək müvafiq
kart balansından çıxılacaq.
Bu mövzuda sualları olan müştərilər Birbank mobil tətbiqində 29
noyabr-4 dekabr tarixlərini əhatə edən əməliyyat tarixçələrinə baxaraq hesablarını
yoxlaya və ya 196 Sorğu mərkəzi ilə əlaqə saxlaya bilərlər”.
News365.az