Özbəkistandan velosipedlə ümrə ziyarətinə gedən zəvvar Azərbaycandan keçib.
News365.az xəbər verir ki, Özbəkistan vətəndaşı Qəhrəman Eşmirzəyev velosipedlə yola çıxaraq Səudiyyə Ərəbistanına - Məkkəyə Ümrə ziyarətinə getdiyini bildirib.
O qeyd edib ki, əvvəlcə Tacikistan, Əfqanıstan və İran üzərindən keçməyi planlaşdırsa da, yolların bağlı olması səbəbindən marşrutunu dəyişib. Buna görə də təxminən 40 gün vaxt itirib.
Səyyahla tanış olanlar onu süfrələrinə də dəvət ediblər. Azərbaycan yeməkləri onun xoşuna gəlib.
Qəhrəman Eşmirzəyev vurğulayıb ki, Türkiyəyə keçəndə üzərində pul qalmasa, orada çalışıb pul əldə edib yoluna davam edəcək.
(Xəzər TV)