Bakıda Zəfər Günü parad olacaq

Bakıda Zəfər Günü parad olacaq
17:25

Bakıda Vətən müharibəsində qazanılan qələbənin 5-ci ildönümünə həsr edilmiş parad keçiriləcək. 

News365.az xəbər verir ki, parad noyabrın 8-də paytaxtın Azadlıq meydanında təşkil olunacaq. 

Artıq parada hazırlıq işlərinə başlanılıb.

Xatırladaq ki, 2020-ci il dekabrın 10-da Bakıda Azadlıq Meydanında Vətən müharibəsində qələbə şərəfinə Zəfər paradı keçirilib. 2023-cü il noyabrın 8-də isə Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad olub.


Sizin reklam burada
Sizin reklam burada